İran və Türkiyə qarşıdurma rejimində qalmağa davam edəcək? – BAXIŞ BUCAĞI

2024/05/1716377995.jpg
Oxunub: 404     17:29     22 May 2024    
Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Bildirilib ki, telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə edib və Türkiyənin prosesi yaxından izlədiyini bildirib.

Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğulayıb. Söhbət zamanı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində gedərək, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib. Türkiyə və Pakistan isə 1 günlük matəm elan edib. Rusiya prezidenti İran prezidentinin səlahiyyətlərini icra edən şəxslə əlaqə yaradıb.

Lakin Xameneyinin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaniyə regionda təkcə Türkiyə ilə əməkdaşlıq etməməyi “tövsiyyə edəndə”, Türkiyə-İran soyuqluğunun olduğu özünü büruzə verirdi. Ərdoğan İraq və Suriyanın şimalında antiterror əməliyyatları keçirmək qərarını açıqlayıb. Hətta iyunda başlayacağını da bildirib. İranda növbədənkənar prezident seçkiləri təyin edilib. Bu müddət ərzində, təbii ki, Tehran daxili siyasi vəziyyəti idarə etmək prioriteti ilə məhdudlaşacaq.

Bəzi ekspertlər İranın kürd bölgələrində kütləvi etirazların başlaya biləcəyini istisna etmirlər. Məlumdur ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi İlham İlham Əliyevlə görüşdən sonra Təbrizə gedirdi. Görünür, səfər o qədər təcili olub ki, əlverişsiz hava şəraitinə baxmayaraq, uçuş marşrutu dəyişdirilməyib. Maraqlıdır ki, Rəisinin helikopterinin qəzaya uğramasından sonra Təbrizdə İran hökumətinin fövqəladə iclası çağırılıb.

İranda növbədənkənar prezident seçkilərinin yaratdığı vəziyyət də fürsətdir. Bəs İran Yaxın Şərqdə “şiə ayparası”nı itirmək perspektivinə dözəcəkmi? Mərc çox yüksəkdir. Bölgəmizdə fors-major hadisələrin baş verməsi ehtimalı yəqin ki, İran və Türkiyənin qarşıdurma rejimində qalıb-qalmamasından, birbaşa qarşıdurma xəttini keçib-keçməməsindən, yaxud müəyyən razılıqlara gəlib-gəlməməsindən asılı olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran   İlham-Əliyev   Ərdoğan  


Bizi "telegram"da izləyin