KİV: İyunun sonunda azərbaycanlılar Günən yaxınlıqlarında görünəcəklər

2024/05/1716363481.jpg
Oxunub: 1298     19:50     22 May 2024    
Ötən gün axşam saatlarında Günən icma bələdiyyəsində görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, vilayət bələdiyyəsindən gələn işçilər bir neçə saat ərzində bir qrup Günən sakini ilə təzminat məsələlərini müzakirə ediblər.

“Söhbət ilk növbədə sərhədin demarkasiyası nəticəsində evlərini itirən Günən sakinlərindən, eləcə də körpünün təhvil verilməsi səbəbindən evləri sərhədə düşən sahiblərdən gedir. Məlumata görə, hökumət həmin insanlara yeni evlər tikməklə kompensasiya vermək niyyətindədir və artıq kəndin “sovxoz” məhəlləsində tikinti işlərinə başlayıblar. Bir aya necə ev tikəcəklərini söyləmək çətindir. Məsələ ondadır ki, Azərbaycana keçən iki evin sahiblərinə möhlət verilib: onlar iyunun 24-dək evlərini boşaltmalıdırlar. Yəni iyunun sonunda azərbaycanlılar Günən yaxınlıqlarında görünəcəklər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Günən   Ermənistan  


Bizi "telegram"da izləyin