“Azərbaycan Ermənistanın magistrallarına nəzarət etmək üçün strateji yüksəklikləri nəzarətə götürüb”

2024/05/1716363423.jpg
Oxunub: 11945     17:41     22 May 2024    
“Baş verənlərə bir neçə aspektdən baxmaq lazımdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Henaket” analitik mərkəzinin eksperti Şiraz Xaçatryan deyib.

“İki aya yol çəkə bilərlər, amma ərazini, relyefi və digər şəraiti nəzərə alsaq, yolun tikintisinin xeyli vaxt çəkməsi mümkündür. Amma hakimiyyət tələsik olduğundan, Azərbaycanın göstərişlərini, planlarını yerinə yetirdiyindən indiki mərhələdə o yolu tez və məqsədsiz şəkildə çəkməyə çalışırlar, lakin gələcəkdə 3 və 4 dəfə daha artıq xərc çəkmək lazım olacağı istisna edilmir”, - deyə o qeyd edib.

Xaçatryan bildirib ki, müharibədən sonra bir neçə hərbi əməliyyatlar zamanı Azərbaycan Ermənistanın həyati əhəmiyyət kəsb edən yollarına və magistrallarına nəzarət etmək üçün strateji yüksəklikləri nəzarətə götürüb.

O əlavə edib ki, Ermənistan hakimiyyəti isə təbii olaraq bütün bunları nəzərə almayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Nəzarət  


Bizi "telegram"da izləyin