Erməni hərbi ekspert: “Ermənistan iki yerə bölünəcək, 10 min kvadrat kilometr ərazi qalacaq”

2024/05/Hayk--1716363368.jpg
Oxunub: 6941     17:10     22 May 2024    
“Günəndə baş verənlər nəticəsində Ermənistanın müdafiə xətti dağılır, Günəndən sonra Ermənistan hakimiyyəti Azərbaycanın tələblərini yerinə yetirəndə və rəqibə anklavları da təhvil verəndə isə tamamilə dağılacaq”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar başlasa, Azərbaycan Ordusu müqayisə olunmayacaq dərəcədə əlverişli vəziyyətə düşəcək.

“2020-ci ildən indiyədək Azərbaycan tərəfi 10-12 hərbi təlim keçirib: bunlar bahalı tədbirlərdir, lakin Azərbaycan tərəfi belə bir addım atmaqdan çəkinmir”, - deyə Nahapetyan qeyd edib.

Nahapetyan bildirib ki, Ermənistan hakimiyyətinin müxtəlif nümayəndələri Ermənistan ərazisindən bir santimetr belə torpağın Azərbaycana verilmədiyini bəyan edərkən, yalan danışırlar.

O əlavə edib ki, Ermənistan iki yerə bölünəcək, 10 min kvadrat kilometr ərazi qalacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət   Azərbaycan  


Bizi "telegram"da izləyin