Erməni kənd başçısı: “Sərhədin demarkasiyası nəticəsində 2 ev, 3 kiçik ev, 1 yanacaqdoldurma məntəqəsi Azərbaycana keçir”

2024/05/es-ch-1716362579.jpg
Oxunub: 370     16:14     22 May 2024    
“Alternativ yol bitişik Açarkut kəndindən keçəcək, sonra Günən tərəfə dönərək, yeni tikilən məktəbə bitişik ərazidə əsas yola qoşulacaq”.

Ordu.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Günən kəndinin inzibati rəhbəri Kamo Şahinyan deyib.

Nərşə görə, ötən gün Ermənistan Baş Nazir Aparatının rəhbəri Arayik Harutyunyan bildirib ki, alternativ yolun yenidən qurulmasına başlanılıb, bu, beynəlxalq standartlara cavab verəcək.

“Yol genişləndiriləcək, yük maşınları üçün də rahat olacaq”, - deyə o yazıb və yolun 2 aya istifadəyə veriləcəyinə inandırıb. Kamo Şahinyan qeyd edib ki, alternativ yolun bu müddət ərzində başa çatdırılmasının mümkün olub-olmadığını deyə bilməz: “Mən də heç bir açıqlamaya inanmıram, bəli, bu işləri izləyirik, amma nə vaxt hazır olacağını deyə bilmərəm”. Şənbə günü ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan Günəndə olub. O, kənd sakinlərini əmin edib ki, yol çəkiləcək, öz-özünə təhlükəsizlik də olacaq. Şahinyan bu açıqlamaya münasibət bildirmək istəməyib. Onun sözlərinə görə, sərhədin demarkasiyası nəticəsində 2 ev, 3 kiçik ev, 1 yanacaqdoldurma məntəqəsi Azərbaycana keçir, 5-6 ev də körpünün təhvil verilməsi nəticəsində təhlükəsizlik problemi ilə üzləşir, rəqibə neçə hektar torpağın keçdiyi ilə bağlı isə hələ dəqiq hesablama yoxdur. Kamo Şahinyan da kompensasiyanın məbləğindən xəbərsizdir: “Bilmirəm, heç kim mənə pulun məbləğini deməyib, sakinlərim müraciət edəndə öyrənərəm, indiyə kimi müraciət edən olmayıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sərhəd   Demarkasiya  


Bizi "telegram"da izləyin