ABŞ Konqresi Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaları nəzərdən keçirir

2024/03/1711083593.jpg
Oxunub: 170     02:50     21 May 2024    
ABŞ Konqresi Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Consonun yaydığı bəyanatda deyilir.

Amerikalı qanunvericilər İsrailin baş naziri Binyamin Netanyahuya qarşı həbs qərarı verilərsə, BCM-yə sanksiya tətbiq etməyi düşünürlər.

Onun sözlərinə görə, BCM prokurorunun Netanyahunun həbsinə order verilməsi tələbinə ABŞ prezidenti Cozef Bayden administrasiyasının “İsrailə təzyiq kampaniyası” səbəb olub:

“Ağ Evin rəhbərliyi olmadığı halda, Konqres həbs qərarı verməklə irəliləyəcəyi təqdirdə BCM rəhbərliyinin nəticələrlə üzləşməsini təmin etmək üçün sanksiyalar da daxil olmaqla bütün variantları nəzərdən keçirir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   BCM  


Bizi "telegram"da izləyin