Ukrayna səmasının müdafiəsini gücləndirmək təşəbbüsünü ondan çox ölkə dəstəkləyib

2024/05/2024--1715063033.jpg
Oxunub: 141     00:12     21 May 2024    
Almaniyanın Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək təşəbbüsünü 12 ölkə dəstəkləyib.

Ordu.az-ın məlumatına görə, bu barədə Almaniya Müdafiə Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Qeyd olunub ki, Belçika, Danimarka, Niderland, Norveç və Kanada maliyyə yardımı göstərəcək, ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, Rumıniya, Belçika və Litva isə avadanlıq və raketlərlə kömək edəcək. Latviya da bu təşəbbüsə qoşulmaq istəyir.

Qeyd edək ki, Almaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək təşəbbüsünü aprel ayında elan edib və tərəfdaş ölkələrdən dəstək istəyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Almaniya  


Bizi "telegram"da izləyin