İran Rəisinin helikopterinin axtarışı ilə bağlı ABŞ-a müraciət edib - Dövlət Departamenti

2024/03/1711696359.jpg
Oxunub: 331     22:04     20 May 2024    
İran hökuməti prezident İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin axtarışı ilə bağlı ABŞ-dan kömək istəyib.

Ordu.az-ın verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

"İran hökuməti bizdən kömək istədi və biz onlara açıq şəkildə bildirdik ki, belə bir vəziyyətdə xarici hökumətin istənilən müraciətinə cavab olaraq yardım təklif edəcəyik. Biz bu yardımı göstərə bilmədik. Mən təfərrüatlara varmayacağam. Əsasən maddi-texniki səbəblərə görə biz bu yardımı göstərə bilmədik”, - deyə o bildirib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin