Blinken: “Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır”

2023/06/6479b-1685700376.jpg
Oxunub: 291     21:48     20 May 2024    
ABŞ Dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsi (ICC) prokurorunun İsrailin Baş naziri Binyamin Netanyahu və Yəhudi Dövlətinin Müdafiə Naziri Yoav Qalantın həbsi ilə bağlı orderin verilməsi tələbini rədd edir.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yazılı açıqlamasında deyilir.

“Birləşmiş Ştatlar bu gün Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorunun HƏMAS terrorçuları ilə birlikdə İsrailin yüksək vəzifəli məmurlarının həbsinə order verilməsi üçün müraciət etdiyi barədə bəyanatını əsaslı şəkildə rədd edir. Biz prokurorun İsraili HƏMAS-la bərabərləşdirməsini rədd edirik. Bu biyabırçılıqdır. HƏMAS Holokostdan sonra yəhudilərə qarşı ən dəhşətli qətliam törədən və hələ də onlarla günahsız insanı girov saxlayan qəddar terror təşkilatıdır”, - Blinken qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   Netanyahu  


Bizi "telegram"da izləyin