Türkiyədə İran Prezidentinin faciəvi ölümü ilə əlaqədar birgünlük matəm elan edilib

2023/06/1686739026.jpg
Oxunub: 227     21:46     20 May 2024    
İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar Türkiyədə birgünlük matəm elan edilib.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

“İran prezidentinin vəfatı ilə əlaqədar İran xalqı ilə dərin hüznünü bölüşmək üçün ölkəmizdə bir günlük matəm elan etmək qərarına gəldik”, - deyə Ərdoğan bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran  


Bizi "telegram"da izləyin