Pentaqon Rəisiyə məxsus helikopterin qəzaya uğramasında ABŞ-ın əli olmadığını açıqlayıb

2024/01/1705642974.jpg
Oxunub: 268     21:29     20 May 2024    
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramasında ABŞ-ın əli yoxdur.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin deyib.

“Biz vəziyyətə nəzarəti davam etdiririk, lakin qəzanın səbəbləri barədə heç bir məlumatımız yoxdur. Hadisənin nədən qaynaqlandığını deyə bilmərəm”, - deyə o qeyd edib.

Pentaqon rəhbəri qəzanın səbəbləri ilə bağlı İran tərəfindən aparılan təhqiqatın başa çatmasını gözləməyi təklif edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Rəisi  


Bizi "telegram"da izləyin