Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

2024/05/1716226719.jpg
Oxunub: 394     21:16     20 May 2024    
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, ölkəsi İranın şimal-qərbində qəzaya uğrayan iranlı rəsmiləri daşıyan helikopterdən gələn siqnalları qeydə almayıb.

Ordu.az xəbər verir ki, bu barədə “İHA” agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, baş verənlərlə bağlı ilk xəbərləri alandan dərhal sonra Türkiyə vəziyyəti izləməyə başlayıb:

“İran Türkiyə hava axtarış-xilasetmə mütəxəssislərinin məsuliyyəti zonasındadır. Bununla bağlı havada və dənizdə bütün siqnalları izləyirlər. Birinci mərhələdə biz helikopterin siqnal verib-verməməsinə nəzarət etdik və İran tərəfi ilə əlaqə yaratdıq. Hesab edirik ki, siqnal sistemi söndürülüb, yaxud helikopter onunla təchiz olunmayıb, çünki bizə heç bir siqnal gəlməyib və onlar bizim tərəfimizdən qeydə alınmalıdır”.

Nazir helikopterin qalıqlarını məhz Türkiyəyə məxsus “Akıncı” pilotsuz uçan aparatının tapdığını vurğulayaraq, bu hadisənin naviqasiyanın vacibliyini sübut etdiyini qeyd edib. Uraloğlunun sözlərinə görə, helikopter qəzasında mümkün kriminal çalarlardan danışmaq tezdir.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada prezident helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran  


Bizi "telegram"da izləyin