Ərdoğan: "Türkiyə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini yaxından izləyir"

2024/05/7d3ec-1715017551.jpg
Oxunub: 290     20:47     20 May 2024    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə edib və Türkiyənin prosesi yaxından izlədiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

"Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğuladı", - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin