İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

2024/05/1716224638.jpg
Oxunub: 305     20:46     20 May 2024    
İranın prezident helikopterindəki sərnişinlərin cəsədlərinin tanınması mümkün olduğundan, həlak olanların “DNT” testinə ehtiyac yoxdur.

Ordu.az “IRNA“ya istinadən xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Məhəmməd Həsən Nami bildirib.

“Bütün cəsədlərin tanınması mümkün olub, onlar həkim-ekspertizaya təhvil verilib”, - Həsən Nami vurğulayıb.

Daxili işlər nazirinin müavini bildirib ki, ölənlərdən yalnız Ayətullah əl-Haşimin cəsədi digərlərindən daha yaxşı vəziyyətdə olub.

“O, təyyarə qəzasından bir saat sonra sağ olub və hətta prezident aparatının rəhbəri Qulamhüseyn İsmaili ilə telefon əlaqəsi qurub”, - nazir müavini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Prezident   Helikopter  


Bizi "telegram"da izləyin