İran Prezidentinin həlak olması münasibətilə bu ölkənin Bakıdakı Səfirliyində matəm kitabı açılacaq

2024/05/resiz-1716223171.jpg
Oxunub: 246     20:31     20 May 2024    
İran Prezidenti və bir sıra dövlət rəsmilərinin həlak olması münasibətilə mayın 22-dən etibarən adı çəkilən ölkənin Bakıdakı Səfirliyində matəm kitabı açılacaq.

Bu barədə Ordu.az-a səfirlikdən məlumat verilib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter ötən axşam qəzaya uğrayıb.

Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki sərnişinlərin hamısı həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin