BCM-nin Netanyahu və Qallantın həbs ilə bağlı tələbi İsraildə qəzəblə qarşılanıb

2024/05/Ekran-1716219867.jpg
Oxunub: 243     19:39     20 May 2024    
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorunun Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantın həbsinə order verilməsini tələb etməsi İsraildə qəzəblə qarşılanıb.

Ordu.az “The Times of İsrail”ə istinadən xəbər verir ki, orderin verilməsi tələbi İsrail rəsmiləri və siyasətçiləri arasında qəzəblə qarşılanıb.

Bir sıra millət vəkilləri qərarı antisemitizm kimi qiymətləndirib, digərləri isə bu vəziyyətə görə, Baş nazir Netanyahunu günahlandırıb.

İsrail prezidenti İsxaq Hersoq məhkəmənin rəftarının qeyri-adi addım olduğunu deyib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant, eləcə də HAMAS liderlərindən Yahya Sinvar, İsmayil Haniyə, Məhəmməd Diab İbrahim əl-Məsri və “Al-Qassem” briqadasının lideri Məhəmməd Deyfin həbsinə order verilməsini tələb edib.

Məhkəmənin baş prokuroru Karim Xan onlara qarşı insanlıq əleyhinə cinayətlər və digər epizodlar üzrə çoxsaylı ittihamlar irəli sürüb.

Xatırladaq ki, Netanyahu və Qallant həmçinin kütləvi soyqırımı törədilməsi, müharibə dövründə işgəncə üsulu kimi insanların aclığa məhkum edilməsi, Qəzza bölgəsinə humanitar yardımların çatdırılmasına əngəl törədilməsi və digər hüquqazidd əməllərdə təqsirləndirilirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BCM   Netanyahu   Qallant  


Bizi "telegram"da izləyin