Ərdoğan: "Türkiyə FETÖ-nü son nümayəndəsi tutulana qədər təqib edəcək"

2023/06/1686739026.jpg
Oxunub: 200     18:22     20 May 2024    
Türkiyə hakimiyyəti FETÖ terror təşkilatının son nümayəndəsi məsuliyyətə cəlb olunana qədər onun tərəfdarlarını təqib edəcək.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ədliyyə orqanlarının nümayəndələri ilə görüşündə deyib.

O qeyd edib ki, Türkiyədə çevrilişlərin vaxtı keçib və gec-tez onların iştirakçıları məsuliyyətə cəlb olunublar:

“Xalqın iradəsinə qarşı çıxanlar, demokratiyaya əl qaldıranlar cəzalandırılıblar. Türkiyə məhkəmələri 12 sentyabr (1980), 28 fevral (1997), 15 iyul (2016) hadisələrində iştirak edən sui-qəsdçilərə hökm oxudular. 253 vətəndaşımızı öldürənlər heç vaxt gün işığı görməyəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin