Mirzoyan AEBA-nın Baş direktoru ilə görüşüb

2024/05/664b3-1716205158.jpg
Oxunub: 217     15:26     20 May 2024    
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə baş direktor Qrossi "X" hesabında paylaşım edib.

Ararat Mirzoyan ilə məhsuldar görüş keçirdiyini deyən AEBA-nın baş direktoru qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat Ermənistanın nüvə proqramını, o cümlədən nüvə təhlükəsizliyinin artırılmasını dəstəkləyir.

"Biz həmçinin nüvə silahının yayılmaması məsələləri və xərçəng müalicəsinin yaxşılaşdırılması üçün "RaysOfHope" proqramı vasitəsilə əməkdaşlığımız haqqında fikir mübadiləsi apardıq", - Rafael Qrossi qeyd edib.

Görüş Vyanada Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans çərçivəsində baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Qrossi  


Bizi "telegram"da izləyin