Dayqa Mierinya: "Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır"

2024/05/1716199343.jpg
Oxunub: 171     13:56     20 May 2024    
Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır.

Ordu.az xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.

“Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır. Bu il diplomatik münasibətlərimizin 30 ili tamam olur. Amma bizim mədəni, incəsənət sahəsində əlaqələrimiz daha uzun tarixə malikdir”, - o bildirib.

Parlament sədrinin sözlərinə görə, sabah Bakıda Latviya-Azərbaycan mədəni əlaqələrinin əhəmiyyətini vurğulayan iki mədəni tədbir keçiriləcək: “Tarix muzeyində çox mühüm sərginin açılması gözlənilir. Bu, latviyalı rəssam Yulius Straumun sərgisi olacaq. O, müxtəlif xalça naxışlarının toplanması ilə tanınır. Maraqlısı odur ki, o da Şuşada yaşayıb və üç il orada müəllim kimi çalışıb”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Latviya  


Bizi "telegram"da izləyin