Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verib

2024/05/1716198892.jpg
Oxunub: 187     13:35     20 May 2024    
Azərbaycanın Baş naziri Əli Əsədov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı İranın Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Ordu.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məktubda Ə.Əsədov İranın Birinci vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, İran xalqının kədərinə şərik çıxdığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İran  


Bizi "telegram"da izləyin