İran Prezidentinin ölümü ilə əlaqədar Suriya, Pakistan və Livan matəm elan edib

2024/05/664b1-1716198839.jpg
Oxunub: 223     13:31     20 May 2024    
İran prezidenti və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə əlaqədar Suriya, Pakistan və Livan matəm elan edib.

Ordu.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.

Pakistanın Baş naziri Şahbaz Şərif də “X” hesabında ölkəsində bir günlük matəm elan olunacağını və bayrağın yarıya qədər endiriləcəyini yazıb.

Livan Baş naziri Nəcib Mikati də İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin həlak olmasından sonra ölkədə üç günlük matəm elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Suriya   Pakistan   Livan  


Bizi "telegram"da izləyin