Azad olunmuş ərazilərdə 35 mina zərərsizləşdirilib

2024/05/1715409879.jpg
Oxunub: 288     13:09     20 May 2024    
Azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.

Bu barədə Ordu.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata əsasən azad olunan ərazilərdə 13-19 may 2024-cü il tarixi ərzində 11 tank əleyhinə mina, 24 piyada əleyhinə mina, 16 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 308.7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   ANAMA  


Bizi "telegram"da izləyin