Hansı halda Zəngəzur dəhlizinin açılmasından və regionun inkişafından danışmaq mümükündür? – BAXIŞ BUCAĞI

2023/09/1696052128.jpg
Oxunub: 383     18:43     20 May 2024    
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyan edib ki, türk dünyasının birləşəcəyi Zəngəzur dəhlizinin Ermənistan və ya İran ərazisindən necə keçəcəyi qarşıdakı dövrdə bəlli olacaq.

O bildirib ki, Naxçıvandan keçən dəmir yolu ilə bağlı tenderlər artıq elan olunub və tikintisinin yəqin ki, 5 ilə yaxın vaxt aparacağı gözlənilir. Təbii ki, dəhlizin Ermənistan ərazisindən keçməyəcəyi təqdirdə İran ərazisindən dəhliz yaradılacaq və itirən tərəf Ermənistan olacaq. Lakin hər kəsə məlumdur ki, strateji baxımdan İranla əlaqə qurmaq “itki”dir, çünki rəsmi Tehran istənilən gərginlik halında bundan vasitə kimi istifadə etməyə çalışacaq.

İran Türk Dünyasına aparan yolda maneədir. İrandan keçəcəyi təqdirdə bu, Türk Dünyası layihəsi olmayacaq, sadəcə olaraq nəqliyyat kommunikasiyası, belə demək mümkündürsə, biznes layihəsi olacaq. Dəhlizin Zəngəzurdan keçməsinə gəldikdə isə vəziyyət fərqlidir, çünki 10 Noyabr bəyanatının 9-cu maddəsində dəhlizin faktiki olaraq suverenliyindən bəhs edilir və bu halda Ermənistan heç vaxt layihənin həyata keçirilməsi yolunda ciddi maneə ola bilməyəcək.

Məhz buna görə də, vəziyyət daha dərin səviyyədə sığortalanmalıdır, Ermənistan konstitusiyasına dəyişikliklər etməli və yeni reallıqları hüquqi baxımdan qəbul etməlidir. Ermənistanı mümkün qədər hüquqi və siyasi arqumentlərlə nizama daxil edilməlidir. Əslində, bu mövqelər və siyasət baş tutsa, şərti mənada dəhlizin açılmasından və regionun inkişafından danışmaq mümükündür.

Lakin Ermənistandakı bugünkü siyasi düşüncənin “gözü”nün bu vəziyyətlərlə bağlı dərin və görüləcək işlər ətrafında inkişaflara nə dərəcədə “açıq” olduğu və ya olacağı ciddi sualdır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur-dəhlizi   Türkiyə   Erəmənistan   İran  


Bizi "telegram"da izləyin