Azərbaycanın müdafiə naziri İrana başsağlığı verib

2024/05/1716194822.jpg
Oxunub: 252     12:44     20 May 2024    
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə başsağlığı ünvanlayıb.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən bildirilib.

Başsağlığında deyilir: "Qardaş İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, Allahdan səbir diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   MN   İran   Başsalığı  


Bizi "telegram"da izləyin