İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək - YENİLƏNİB

2024/05/1716204763.jpg
Oxunub: 427     15:25     20 May 2024    
Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin cənazəsi çərşənbə axşamı Təbrizdən doğulduğu Məşhəd şəhərinə göndəriləcək.

Ordu.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

“Tasnim” agentliyi öz növbəsində qeyd edir ki, bu gün səhər Məşhəddə Rəisinin dəfn mərasimi ilə bağlı şura iclası da keçirilib. Qərara alınıb ki, əsas küçə və ya meydanlardan birinə mərhum prezidentin adı verilsin.

***

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rəisi   Dəfn  


Bizi "telegram"da izləyin