Yunanıstanın Baş naziri Aİ-nin öz “Dəmir Günbəz”ə bənzər HHM sistemini inkişaf etdirməsini istəyir

2024/05/4c38e-1716192686.jpg
Oxunub: 193     17:57     20 May 2024    
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Aİ-ni İsrailin “Dəmir Günbəz” Hava Hücumundan Müdafiə (HHM) sisteminin öz versiyasını hazırlamağa və Avropanın ümumi müdafiə səylərini dəstəkləmək üçün ayrıca maliyyə mexanizmi yaratmağa çağırıb.

Ordu.az xəbər verir ki, Mitsotakis bu barədə Yunanıstan “Skai” nəşrinə açıqlamasında bildirib.

“Mən Avropanın ümumi müdafiə fəaliyyətini maliyyələşdirəcək ayrıca maliyyə alətinin tərəfdarıyam. Biz buna avrobond da deyə bilərik, başqa cür də adlandıra bilərik. Bu Avropa maliyyə alətini ümumi müdafiə siyasətinin bəzi mühüm layihələri ilə əlaqələndirsək, skeptik avropalılar üçün daha inandırıcı olarıq. Xüsusilə, Avropanın HHM sistemini, Avropanı və bütün Avropa ölkələrini hər cür təhlükədən qoruyacaq Avropa “günbəzi”ni nəzərdə tuturam”, - deyə Yunanıstanın Baş naziri qeyd edib.

Yunan lider bu sistemi İsrailin “Dəmir Günbəz” sisteminə bənzər HHM sistemi kimi dizayn edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan     Dəmir-Günbəz  


Bizi "telegram"da izləyin