Finlandiya artilleriya sistemlərinin istehsalına yenidən başlayacaq

2024/05/2024--1716190791.jpg
Oxunub: 427     00:39     27 May 2024    
Finlandiyada yerləşən “Patria” müdafiə şirkəti 155 mm-lik K98 artilleriya sisteminin istehsalına yenidən başlamağa hazır olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, “Patria” Finlandiya və müttəfiqlərinin müdafiə ehtiyaclarını etibarlı və inkişaf etmiş silah sistemləri ilə dəstəkləmək əzmində olduğunu vurğulayaraq, yenidən 155 mm-lik artilleriya sistemlərinin istehsalına başlamağa hazır olduqlarını açıqlayıb.

“Patria” bu qərarı Ukraynada davam edən müharibənin nümunəsi kimi bugünkü münaqişələrdə adi artilleriya sistemlərinin həyati rolunun getdikcə daha çox etiraf edildiyi bir vaxtda qəbul edib.

Silah sistemlərinin istehsalında uzun illər təcrübəsi ilə tanınan “Patria” cari və gələcək müdafiə ehtiyaclarını qarşılamaq üçün əldə etdiyi biliklərdən yararlanmağı planlaşdırır.

Bu çərçivədə şirkətin 155 mm-lik sahə silahı K98 1998-ci ildə istifadəyə verildikdən sonra Finlandiya Müdafiə Qüvvələrində əhəmiyyətli bir yer qazanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Patria   Finlandiya  


Bizi "telegram"da izləyin