“Anka-3” ilk dəfə yeni boyası ilə görüntülənib

2024/05/ANKA--1716190594.jpg
Oxunub: 242     12:35     20 May 2024    
Son aylarda ilk uçuşunu həyata keçirən “Anka-3” Pilotsuz Döyüş Təyyarəsi ilk dəfə yeni boyası ilə görüntülənib.

Ordu.az xəbər verir ki, Türkiyənin pilotsuz döyüş təyyarəsi sahəsində inkişaf etdirdiyi ikinci məhsul olan “Anka-3” sınaq fəaliyyətlərini uğurla davam etdirir.

Uçan qanad arxitekturasında inkişaf etdirilən ilk Türkiyə istehsalı hava platforması olan “Anka-3” yeni boyası ilə ilk dəfə görüntülənib.

“Anka-3”ün yeni görüntüsündə gövdə üzərində ağ xətlərlə əhatə oldunduğu görünüb. Bu günə qədər bir neçə sınaq uçuşu keçirən “Anka-3” tamamilə tünd boz rəngə sahib idi.

Təyyarənin yeni görüntüsündə texniki məqsədlərdən çox estetik məqsədlərin təsirli olduğu düşünülür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anka-3   Türkiyə  


Bizi "telegram"da izləyin