Malayziya HDQ MİLGEM tədarükü üçün kritik mesaj verib

2024/05/Malez-1716190536.jpg
Oxunub: 230     15:52     20 May 2024    
STM MİLGEM korvetlərinin Malayziyaya ixracı üçün səylərini davam etdirir.

Ordu.az xəbər verir ki, işlər davam edərkən, Malayziya Hərbi Dəniz Qüvvələri (HDQ) MİLGEM tədarükü üçün əhəmiyyətli bir mesaj verib.

Ötən il Malayziya rəsmiləri Sahil Mühafizə Gəmisi (LMS) “Batch II” Tədarük Proqramı çərçivəsində Türkiyə müdafiə sənayesi şirkətləri ilə danışıqlara başladığını açıqlayıb.

Müzakirələr nəticəsində Malayziya rəsmiləri MİLGEM Korvetini STM-dən almağa qərar verdiklərini bildiriblər.

Müqavilə imzalanması istiqamətində işlər davam edərkən, MİLGEM Korvetinin satın alınması ilə bağlı Malayziya HDQ-dən əhəmiyyətli bir mesaj gəlib.

Bu ayın əvvəlində Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən DSA Müdafiə Sənayesi Sərgisində Malayziya HDQ öz stendində MİLGEM Korvetinin miqyaslı maketini nümayiş etdirib.

Beləliklə, Malayziya HDQ ilk dəfə olaraq MİLGEM tədarükü ilə bağlı belə birbaşa və aydın mesaj verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   HDQ   MİLGEM  


Bizi "telegram"da izləyin