30 milyon dollarlıq ABŞ PUA-sının vurulduğu anlar - VİDEO

2024/05/Reape-1716190475.jpg
Oxunub: 433     15:33     20 May 2024    
ABŞ ordusuna məxsus MQ-9 “Reaper” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) Yəmən husiləri tərəfindən quru əsaslı Hava Hücumundan Müdafiə (HHM) sistemi ilə vurulub.

Ordu.az xəbər verir ki, Afrikadan Avropaya və Yaxın Şərqə qədər bir çox bölgədə MQ-9 “Reaper” PUA-larından aktiv şəkildə istifadə edən ABŞ-də son dövrlərdə PUA itkilərində artım müşahidə olunur.

Son olaraq mayın 17-də Yəmən husiləri ABŞ ordusuna məxsus MQ-9 “Reaper” PUA-sını vurduqlarını iddia ediblər. İddianın ardından PUA-nın qalıqlarının görüntüləri və vurulma anları paylaşılıb.

Husilər 2014-cü ildə ölkənin şimalını və paytaxt Sənanı ələ keçirdikdən sonra ABŞ ordusu ən azı 5 ədəd MQ-9 “Reaper” PUA-sı itirib.

Bundan əlavə, Beynəlxalq Koalisiyaya məxsus onlarla pilotlu və pilotsuz uçuş aparatı husilər tərəfindən vurulub.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin