Keçmiş erməni döyüşçü: “Döyüş mövqelərində olmuşam, komandir zəng edib deyib ki, aşağı enin, gedirik, hər şey satılıb”

2024/05/1716189071.jpg
Oxunub: 485     15:46     20 May 2024    
Xocavənd şəhərində qanunsuz hərbi birləşmənin tərkibində əməliyyatlarda iştirak etmiş Nelson Stepanyan Ermənistanda baxımsızlıqdan şikayətlənir.

Ordu.az xəbər verir ki, ötən ilin sentyabr ayından o, Ermənistanın Masis şəhərindəki 4 saylı uşaq bağçasının binasında qalır, lakin bu yaxınlarda bağçanın müdiri ona və həmin binada onunla birlikdə məskunlaşmış, Qarabağdan könüllü köç etmiş 20-yə yaxın şəxsə mayın 25-də binanı tərk etməli olduqlarını deyib.

“Bağçanın müdiri bizə dedi ki, indi getməliyik. Əvvəllər 70-ə yaxın nəfər uşaq bağçasında yaşayırdıq, bir neçə nəfər getdi, kirayədə yaşamağa getdi, indi bağçada 20-25 nəfərik. Nə bilim, çətin vəziyyətdir, gəlsəniz, hər şeyi öz gözlərinizlə görərsiniz. Masis şəhər bələdiyyəsinə müraciət etdim, oradakı vəziyyətdən xəbərdardırlar, nə edəcəklərini bilmirik. Şəhər başçısının müavini də bizə dedi ki, səbrli olun, çünki vaxt mayın 25-nə qədərdir, o vaxta qədər ümid edirik ki, nəsə edəcəklər. Əgər bizi qovarlarsa, gedəcək başqa yerimiz yoxdur, bizə başqa bir yer təklif etsələr, bu əla olardı, gedək və bunun axırının nə olduğunu görənə qədər qalaq”, - deyə o qeyd edib.

Keçmiş erməni döyüşçü bildirib ki, hazırda təkdir, işi yoxdur, əlil olduğu üçün bağçanın binasından çıxarılsa, çöldə gecələməli olacaq.

“Qarabağda hər şeyi itirmişəm. Döyüş mövqelərində olmuşam, komandir zəng edib deyib ki, aşağı enin, gedirik, hər şey satılıb”. - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xocavənd  


Bizi "telegram"da izləyin