“Rusiya Cənubi Qafqazdakı prioritetlərinə yenidən baxmalıdır” - Abrahamyan

2024/05/1715933983.jpg
Oxunub: 277     16:13     20 May 2024    
“Rusiya Cənubi Qafqazdakı prioritetlərinə yenidən baxmalıdır”.

Ordu.az xəbər verir ki, bu barədə “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistanda aktiv daxili siyasi hadisələr fonunda Rusiya sülhməramlılarının son hissələrinin Qarabağı tərk etməsi faktı nəzərə alınmayıb.

“Təntənəli mərasimdə Rusiya Quru Qoşunları Komandanının birinci müavini, Baş Qərargah rəisinin müavini azərbaycanlı hərbi qulluqçuları da medallarla təltif edib. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat da bu şəkildə “pozulub”, ikitərəfli razılaşma əsasında Rusiya sülhməramlıları Qarabağdan vaxtından əvvəl çıxarılıb. Ermənistan hökumətinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq və Qarabağ səhifəsini bağlamaq üçün hər şeyi etməsindən, yaranmış vəziyyətə görə isə bir nömrəli cavabdehin Paşinyan hökuməti olmasından asılı olmayaraq, Azərbaycanın Qarabağda genişmiqyaslı hərbi əməliyyatı və Rusiyanın mövcudluğu şəraitində ermənilərin Qarabağdan (könüllü-red.) köçü onu göstərir ki, Rusiya tərəfinin burada da böyük problemi var. Rusiya Cənubi Qafqazdakı prioritetlərinə yenidən baxmalıdır. Bu, reputasiyanı bərpa etmək və səhvləri düzəltmək fürsətinə çevrilməlidir”, - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin