Mənbə: İran prezidenti bazar günü Ermənistana səfər etməyi planlaşdırırdı

2024/05/1716188429.jpg
Oxunub: 235     10:59     20 May 2024    
İran prezidenti İbrahim Rəisi bazar günü Ermənistana səfər etməyi planlaşdırırdı, lakin son anda səfər təxirə salınıb.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.

Xüsuilə Rəisinin bazar günü Ermənistan ərazisində nəqliyyat dəhlizlərinin açılışında iştirak edəcəyi gözlənilirdi. KİV söhbətin hansı nəqliyyat dəhlizindən getdiyi barədə geniş məlumat vermir.

Xatırladaq ki, mayın 19-da səhər saatlarında Rəisi Şərqi Azərbaycan vilayətinə səfər edib, sərhəddə Azərbaycan Prezidenti ilə görüşüb və tədbirdə iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Prezident   Ermənistan  


Bizi "telegram"da izləyin