Pakistanda İran Prezidentinin faciəvi ölümü ilə əlaqədar birgünlük matəm elan edilib

2024/05/1716187302.jpg
Oxunub: 211     10:40     20 May 2024    
İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəza nəticəsində həlak olması ilə əlaqədar Pakistanda birgünlük matəm elan edilib.

Ordu.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şerif hadisə ilə bağlı İran rəhbərliyinə və xalqına verdiyi başsağlığında bildirib.

Baş nazir qeyd edib ki, Prezident və onun tərəfdaşlarına hörmət əlaməti olaraq qardaş İranla həmrəylik nümayiş etdirmək üçün Pakistanda ictimai matəm keçiriləcək, ölkənin bayrağı yarıya qədər endiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İran  


Bizi "telegram"da izləyin