Makron Yeni Kaledoniya ilə bağlı Müdafiə Şurasının iclasını keçirəcək

2024/05/66390-1715015958.jpg
Oxunub: 153     04:51     20 May 2024    
Prezident Emmanuel Makron Yeni Kaledoniyada iğtişaşlarla əlaqədar bu gün Fransa Müdafiə Şurasının iclasını keçirəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə "AFP" agentliyi Yelisey sarayına istinadla məlumat yayıb.

Xatırladaq ki, şuranın əvvəlki iclası mayın 15-də keçirilib.

Daha əvvəl Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin bildirmişdi ki, Fransa hüquq-mühafizə orqanları Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərindən La Tontuta Beynəlxalq Hava Limanına gedən əsas yolu barrikadalardan təmizləyib.

Səlahiyyətlilərin son məlumatlarına görə, 230-a yaxın etirazçı saxlanılıb, polis və jandarma əlavə qüvvələri adaya gəlməkdə davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Yeni-Kaledoniya  


Bizi "telegram"da izləyin