Ley Sinde Tayvanın rəhbəri vəzifəsinin icrasına başlayıb

2024/05/1716182118.jpg
Oxunub: 209     06:51     20 May 2024    
Taybedə Tayvan Administrasiyasının rəhbəri Ley Sindenin vəzifəsinin icrasına başlaması münasibətilə mərasim keçirilib.

Ordu.az xəbər verir ki, yayımı ada Administrasiyası rəhbərinin ofisi aparıb.

Yanvarın 13-də Tayvanda administrasiya rəhbərliyinə və qanunverici orqana deputat seçkiləri keçirilib. O vaxt ada Administrasiyasının rəhbərinin müavini vəzifəsini tutan Ley Sinde səslərin 40,05 %-ni qazanaraq qalib gəlib. Seçki yarışında onun müttəfiqi adanın administrasiya rəhbərinin müavini vəzifəsini icra edən Syao Meysin idi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ley-Sinde   Tayvan  


Bizi "telegram"da izləyin