Konqo: Amerikalılar ölkədə uğursuz dövlət çevrilişi cəhdində iştirak edib

2024/05/1716181715.jpg
Oxunub: 167     02:44     20 May 2024    
Bir neçə amerikalı və bir britaniyalı Konqo Demokratik Respublikasında uğursuz dövlət çevrilişi cəhdində iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Konqo Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Silven Ekenqe bildirib.

Hərbçinin sözlərinə görə, bir neçə amerikalı və britaniyalı ölkənin paytaxtı Kinşasada fəaliyyət göstərən qiyamçıların arasında olub. Ekenqe vurğulayıb ki, 4 üsyançı, o cümlədən onların lideri - Konqo əsilli amerikalı Kristian Malanqu zərərsizləşdirilib. İğtişaşların daha 40 iştirakçısı saxlanılıb.

General əcnəbilərin taleyinin necə olduğunu açıqlamayıb və yaxın gələcəkdə baş verənlər barədə daha dəqiq məlumat veriləcəyini bildirib.

Eyni zamanda, ABŞ-nin Konqodakı səfiri Leysi Temlin Amerika vətəndaşlarının qiyamda iştirakı barədə məlumatla əlaqədar ölkə hakimiyyəti ilə əməkdaşlıq edəcəyinə söz verib. Temlin 19 may hadisələrindən şok olduğunu və hadisələrdə Amerika vətəndaşlarının iştirakından çox narahat olduğunu deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Konqo   Amerika  


Bizi "telegram"da izləyin