Putin Rəisinin helikopterinin axtarışına kömək etmək məqsədilə xilasedicilərin göndərilməsi barədə göstəriş verib

2022/03/1646987754.jpg
Oxunub: 169     02:20     20 May 2024    
Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzası zamanı axtarışlara kömək etmək məqsədi ilə iki təyyarə və helikopterdən ibarət 50 nəfərlik xilasedici qrupun göndərilməsi barədə göstəriş verib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin müşaviri İqor Levitin İranın birinci vitse-prezidenti Məhəmməd Möhbərlə telefon danışığı zamanı bildirib.

Levitin deyib ki, Putin vəziyyəti əvvəldən izləyir.

İranın birinci vitse-prezidenti yardım göstərməyə hazır olduqları üçün Rusiya hökumətənə və şəxsən Vladimir Putinə təşəkkür edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rəisi  


Bizi "telegram"da izləyin