Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - YENİLƏNİB

2024/05/664a1-1716135033.jpg
Oxunub: 412     20:07     19 May 2024    
İran Prezidenti İbrahim Rəisi və onu müşayət edən şəxsləri daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə İranın IRNA Agentliyi qəza yerinin ətrafındakı kəndlərin sakinlərinə istinadən məlumat yayıb.

Sakinlər deyiblər ki, onlar bu ərazidən səslər eşidiblər.

Əraziyə pilotsuz uçuş aparatları və axtarış itləri də daxil olmaqla, tam avadanlıqla təchiz olunmuş 20-dən çox xilasetmə qrupu göndərilib.

Onlarla yanaşı, ərazidə axtarış əməliyyatlarına kömək etmək üçün silahlı qüvvələrin gözətçi qrupları və xüsusi təyinatlıları da iştirak edir.

Ərazinin mürəkkəbliyi, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də ərazidə kəskin duman olması səbəbindən axtarış-xilasetmə işləri çətinləşib.

***

Vitse-prezidentin başçılıq etdiyi İran hökumətinin nümayəndə heyəti Rəisi helikopterinin sərt eniş etdiyi yerə gedib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Nazirlər Kabinetinin sözçüsü məlumat verib.

***

“İran Prezidentini daşıyan helikopterin dəqiq yeri müəyyən edilib, xilasetmə işləri davam edir”.

Ordu.az xəbər verir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.

Məlumata görə, Prezident və heyəti daşıyan helikopterin qəza yeri Qaradağ meşələrində yerləşən Uzi kəndi ətrafında olub və qəza yerinə xilasetmə qrupları göndərilib.

Qəzanın baş verdiyi ərazidə xilasetmə qüvvələri çətinliklə üzləşib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin