Ermənistanda Tavuş vilayətinin Kirants kəndinə giriş müvəqqəti məhdudlaşdırılıb

2024/05/6649d-1716118304.jpg
Oxunub: 342     15:05     19 May 2024    
Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Tavuş vilayətinin Kirants kəndi ərazisində Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsini öz üzərinə götürmək üçün hazırlıq işləri aparır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Təhlükəsizliyin və operativliyin təmin edilməsi zərurəti ilə əlaqədar olaraq Kırants kəndində qeydiyyatda olmayan vətəndaşların kəndə girişi müvəqqəti məhdudlaşdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tavuş  


Bizi "telegram"da izləyin