Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

2024/01/1704258826.jpg
Oxunub: 182     08:12     19 May 2024    
Silahlı qruplaşma Sudanın mərkəzində yerləşən Gezira əyalətindəki kəndə hücum zamanı azı 8 mülki şəxsi öldürüb.

Ordu.az-ın məlumatına görə, bu barədə Gezira əyalətinin paytaxtı Vad rayonundakı müqavimət komitəsi məlumat yayıb.

Komitənin açıqlamasında bildirilir ki, silahlı qruplaşma talan etmək məqsədi ilə Gezira əyalətinin Əl-Hoş məntəqəsinin Vad Əl-Munir kəndinə hücum edib. “Hücum nəticəsində səkkiz gənc vətəndaş həlak olub, çoxlu sayda insan yaralanıb", - məlumatda deyilir.

Qeyd edək ki, Çevik Dəstək Qüvvələri adlandırılan silahlı qruplaşma 2023-cü ilin dekabrında Sudan Silahlı Qüvvələri Vad rayonundan geri çəkildikdən sonra Gezira əyalətinə nəzarəti ələ keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin