Rusiya MN: Belqorod üzərində “Toçka-U” raketi məhv edilib

2024/05/66493-1716093403.jpg
Oxunub: 237     03:20     19 May 2024    
Ukraynanın “Toçka-U” taktiki raketi Rusiyanın Belqorod vilayəti üzərində səmada hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.

“Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı “Toçka-U” taktiki raketindən istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisi üzərində bir taktiki raketi məhv edib”, - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   MN   Toçka-U  


Bizi "telegram"da izləyin