“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb

2024/04/1712653484.jpg
Oxunub: 287     21:36     18 May 2024    
Türkiyənin Mersin şəhərində “Akkuyu” AES-in birinci enerji blokunda tikinti istismara verilmə mərhələsinə qədəm qoyub.

Ordu.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə “Akkuyu Nuclear” ASC-nin Tikinti və İstehsalat Təşkilatının direktoru Denis Sezemin məlumat verib.

“Hazırda birinci enerji blokunun sistemlərində istismara verilməsi işləri aparılır. İlk enerji blokunun tikintisi üçün lisenziyanı 2018-ci ilin aprelində almışıq, ona görə də birinci enerji blokunun istismara verilmə tarixi, ehtimal ki, 2025-ci ilin aprelidir. Birinci blokda əsas tikinti-quraşdırma işlərinin böyük hissəsi başa çatdırılıb, bütün avadanlıq və sistemlərin işə salınması davam etdirilir”, - Sezemin vurğulayıb.

Onun sözlərinə görə, işlər təsdiq edilmiş qrafikə uyğun aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Akkuyu   AES  


Bizi "telegram"da izləyin