Almaniya ukraynalı hərbçilərin iştirakı ilə təlimlərə başlayıb

2023/06/1687347170.jpg
Oxunub: 187     15:09     18 May 2024    
Almaniya “Patriot” hava hücumundan müdafiə sistemlərinin də cəlb olunduğu hərbi təlimlərə başlayıb.

Ordu.az-ın “Deutsche Welle”yə istinadən xəbərinə görə, bunu ölkənin müdafiə naziri Boris Pistorius Litvalı həmkarı ilə görüşdən sonra bildirib.

O söyləyib ki, ölkəsi yaxın vaxtlarda Ukraynaya əlavə bir ədəd hava hücumundan müdafiə kompleksi, hava-hava tipli “IRIS-T” raket sistemləri, “Gepard” zenit-raket kompleksi, eləcə də artilleriya qurğuları və digər növdə sursatlar göndərəcək.

Nazirin sözlərinə görə, bu məqsədlə ukraynalı hərbçilər də sözü gedən manevrlərə cəlb olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin