"Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması vacibdir" - Peter Siyarto

2023/02/1676437135.jpg
Oxunub: 222     13:40     18 May 2024    
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasının vacibliyini bəyan edib.

Ordu.az xəbər verir ki, macarıstanlı nazir bu bəyanatı “Apha News”a müsahibəsində verib.

“AŞPA həmfikirlərin klubu deyil, burada hamı təmsil olunmalıdır. Əgər bir ölkə ilə bağlı narahatlıq və ya tənqid üçün əsas varsa, onunla birbaşa qarşılaşmalısınız.

Hesab edirəm ki, avropalı siyasətçilər kifayət qədər cəsarətli deyillər. Başqalarının olmadığı yerdə onları tənqid etmək asandır. Niyə bu tənqid elə bilavasitə təşkilatın daxilində edilməsin?”, -Peter Siyarto deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Siyarto   Azərbaycan   AŞPA  


Bizi "telegram"da izləyin