Lukaşenko MDB ilə koordinasiyanı təşkil edir?| Azərbaycan münasibətlərini TDT ilə uzlaşdırır

2024/05/1716020672.jpg
Oxunub: 362     16:32     18 May 2024    
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri protokolun ən yüksək səviyyəsində, yəni dövlət səviyyəsində elan edilsə də, onun bir gün əvvəl öz xarici işlər nazirini Bakıya ezam etmişdi. Daha sonra Lukaşenkonun səfər etməsi vacib məsələlərin müzakirə edildiyinə işarə edir.

Ceyhun Bayramov-Sergey Aleynik görüşündən bir neçə saat sonra Lukaşenko artıq Bakıda idi. Aleksandr Lukaşenko və İlham Əliyev 20 ildir ki, dostdurlar. Təbii olaraq güman etmək lazımdır ki, Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə olduqda dərin bir mövzunu müzakirə etməlidir.

Görünür, gün təsadüfi seçilməyib: Rusiya rəhbəri həmin gün Pekində Çin lideri ilə qapalı danışıqlar aparırdı. Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının onlayn sessiyası keçirilib, orada Rusiya üçün “yeni siyasi mərhələdə” MDB ölkələri ilə münasibətlər məsələsi müzakirə edilib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Çin lideri ilə görüşün əsas məsələsi postsovet ərazisinin inteqrasiyası və Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün birləşdirilməsi imkanıdır.

Azərbaycan Avrasiya İqtisadi Birliyi (AİB) və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük kimi məsələləri orada daha çox dost əldə etməklə həll edib.Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və ya BRICS ölkələri ilə yaxından əməkdaşlıq gündəmdə olan məsələlərdir.

Rəsmi Bakı açıq şəkildə Avropaya inteqrasiyanın prioritet olmadığını bəyan edib, əsas hədəfin Türk Dünyasına inteqrasiyanın olduğu vurğulanıb. Təbii ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) var, amma orada Ermənistana hərbi yardımların çatdırılmasını təmin edən İran kimi ölkə mövcuddur. Moskva isə yaxın 6 ildə Rusiyanın “rəhbər” statusunu qaytaracağı postsovet məkanının inteqrasiyasına nail olmağı hədəfləyir.

Bu baxımdan da Azərbaycan üçün geniş imkanlar mövcuddur. MDB ölkələri ilə əməkdaşlıq hər zaman Azərbaycan üüçn prioritet məsələlərdən biri olub. Daha bir önəmli amil isə MDB üzvü olan ölkələrin dördünün məhz türk dövləti olmasıdır. Həmin dövlətlərlə Türk Dövlətləri Təşkilatındakı tərəfdaşlığımız MDB platformasında da yaxından əməkdaşlıq etməyimiz üçün münbit zəmin yaradır. Bu baxımdan Orta Dəhliz boyunca yerləşən MDB üzvü olan türk dövlətləri ilə əlaqələrimizin MDB formatında da ən geniş şəkildə inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə verdiyi əhəmiyyət MDB çərçivəsində aparılan siyasətlə də uğurlu şəkildə uzlaşdırılır. Görünür, Belarus lideri sözügedən məsələlərin və bu məsələlər ətrafında baş verən konfiqurasiyaların hansı şəkildə həyata keçiriləcəyini öyrənmək üçün səfər edib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   MDB   Azərbaycan  


Bizi "telegram"da izləyin