Fransa Azərbaycandan üzr istəməlidir| Bəs Pekinin Parisdən gözləntisi nədir?

2024/05/downl-1716020556.jpg
Oxunub: 310     15:38     18 May 2024    
Ötən gün Fransanın daxili işlər naziri Jerald Darmanan gülünc bəyanatla çıxış etdi. O bildirib ki, guya Yeni Kaledoniyadakı qiyamda Bakı da iştirak edir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə vurğulayıb ki, Fransa üzr istəməyəcəyi təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaq: “Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir. Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaqdır”.

Ehtimal etmək lazımdır ki, Fransanın bu səviyyədə açıqlaması elə-belə baş vermir. Fransa əslində Qafqazdan geri çəkilməyəcəyini bəyan edir. Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Qafqazda güclənməsinə imkan verməyəcəklərini bəyan edib. Fransa sərini geri qaytarıb, müəyyən məqamda geri çəkildiyi təəssüratını formalaşdırmağa çalışıb. Əslində, Paris beləliklə Qafqazda Bakı ilə geosiyasi maraqların toqquşmasını yaşaya, ziddiyyətli maraqları və rəqabəti ola biləcək bütün aktorlara “nimçədə xidmət edir”.

Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olaraq Qafqazda uğursuz da olsa, möhkəmlənməyə çalışır. Bəs Makronun bu xidmətindən kim və ya kimlər faydalana bilər? Həm Qafqaz, həm də başqa regionlarla bağlı çoxları faydalana bilərlər. Burada əsas sual Fransanın vəziyyətlə bağlı hansı strategiyaya malik olmasıdır.

Qəribə səslənə bilər, lakin Rusiya prezidenti Vldaimir Putinin bir gün əvvəl Pekinə başlayan səfəri bu baxımdan mühüm halları müəyyən edə bilər. Bundan bir neçə gün əvvəl Çin prezidenti Fransada idi. Yeri gəlmişkən, Emmanuel Makron səfəri zamanı birgə mətbuat konfransında Fransanın Rusiya və ya rus xalqı ilə müharibə etmədiyini açıqlayıb. Müharibə aparmırsa, əməkdaşlıq edir? Nəticə etibarilə təsəvvür etmək çətindir ki, bu səviyyəli beynəlxalq oyunçular arasında aktiv ünsiyyət rejimi yoxdur.

Buna görə də, bu gün sözügedən rejim ya dolayısı ilə də olsa müharibənin, ya da dolayısı ilə də olsa əməkdaşlığın üstünlüyü ilə mövcuddur. Görünən odur ki, Si Cinpinin səfəri ilə Çin Avropa ilə Rusiya “arası”na düşüb. Üstəlik, səfərin marşrutu diqqətəlayiqdir: Fransa və Şərqi Avropa zonası olan Serbiya ilə Macarıstan. Vəziyyət müharibə məntiqi ilə inkişaf edirsə, Rusiya ilə praktik olaraq Avropa cəbhəsi olan ölkələr və inkişaf məntiqi fərqlidirsə, bufer ölkələr var.

Hər halda Çin Avropada bufer yaratmaq ideyasını irəli sürməyə, Fransadan isə bundan irəli gələn Avropa strateji rolu ilə bu ideyaya dəstək gözləməyə çalışıb. Eyni zamanda, Pekinin onunla Qərb arasında Türk zolağının formalaşmasının qarşısını almaq üçün Fransadan dəstək gözlədiyini də istisna etmək olmaz.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Azərbaycan  


Bizi "telegram"da izləyin