Parlament rəhbərlərinin formatında Ermənistanın “ikiliyi” – BAXIŞ BUCAĞI

2024/05/1716020192.jpg
Oxunub: 306     12:43     18 May 2024    
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin mart ayında Cenevrədə keçirilən ilk görüşündən cəmi iki ay sonra onların ikinci görüşü də elə həmin Cenevrədə baş tutub.

Mayın 16-da onlar parlament rəhbərlərinin beynəlxalq görüşü çərçivəsində görüşüblər. Rəsmi açıqlamalar faktı qeyd edir, lakin görüşün məzmunu əlçatmazdır. Sahibə Qafarova və Alen Simonyanın artıq ikinci dəfə, birinci görüşdən nisbətən az müddət sonra görüşdüyünü, bu halda iki ayın həqiqətən də qısa müddət olduğunu nəzərə alaraq, bəlkə də belə nəticəyə gəlmək olar ki, söhbət heç də protokol xarakterli və ya dekorativ prosesdən getmir.

Əlbəttə, ilk görüş kontekstində bununla bağlı öz fikrimizi bildirmişdik və qeyd etmişik ki, mövcud Ermənistan-Azərbaycan danışıq və ya kommunikasiya kanallarına paralel olaraq başqa, belə demək mümkündürsə, alternativ kanal nəzərəçarpacaq dərəcədə formalaşır. Ölkə liderlərinin kanalı var, yaxud xarici işlər nazirlərinin kanalı var, Ermənistan Təhlükəsizlik Şurasının katibinin və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri səviyyəsində kanal mövcuddur.

Əslində, bu üç paralel xətt yetərli deyil və parlamentlərin sədrləri səviyyəsində dördüncü xətt formalaşır. Qeyd etdiyimiz kimi, Ermənistanın timsalında bu formatın xüsusi əhəmiyyəti var, çünki Ermənistanın hökumət sistemi de-yure elədir ki, Ermənistan parlamenti icra hakimiyyətindən üstün olan əsas hakimiyyət orqanıdır. Yəni, əgər Azərbaycanda parlament daha çox prezidentə tabedirsə, Ermənistanda bunun əksidir, parlament hökumətidir, Baş nazir parlamentə tabedir.

De-fakto mənzərə fərqlidir, siyasətdə həlledici məqamlarda çox şey de-yure mənzərənin üstünlüyü ilə həll edilir. Əslində parlament rəhbərlərinin formatını formalaşdırmaqla, bunun təşəbbüskarları Ermənistanda de-yure-de-fakto rejimlərin kifayət qədər kontekstual “ikililiyi”ni yaradırlar.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin