NATO Ukraynadakı cəbhə xəttinə hərbi təlimatçılar göndərə bilər

2024/05/Ukrai-1716019706.jpg
Oxunub: 165     12:14     18 May 2024    
NATO müttəfiqləri Ukraynaya hərbi təlimatçıların göndərilməsi tələbini nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, ABŞ-nin yüksək səviyyəli hərbi zabitinin sözlərinə görə, qoşun çatışmazlığı ilə üzləşən Ukrayna cəbhə xətti yaxınlığında 150 min hərbi qulluqçunun təlimi üçün yardım istəyib.

“New York Times” bildirib ki, indiyədək Birləşmiş Ştatlar bu müraciətə mənfi cavab verib.

Lakin Birləşmiş Qərargah rəisi general Çarlz Braun deyib ki, NATO-nun təlimçilər göndərməsi qaçılmaz görünür.

“Zamanla ora çatacağıq. NATO təlimatçıları risk edəcəklər, təlimatçıları qorumaq üçün Ukrayna infrastrukturundan və qüvvələrindən hava hücumundan müdafiəni artırmaq tələb olunacaq”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna  


Bizi "telegram"da izləyin