Rusiyalı politoloq: “Azərbaycan sülhməramlıların çıxarılması ilə bağlı məsələ qaldırmaq istədi, müzakirə olundu və qəbul olundu”

2024/03/Aresh-1710321725.jpg
Oxunub: 468     20:38     18 May 2024    
“İkitərəfli danışıqlardan sonra adətən hamıya aydın olan standart diplomatik ifadələr eşidilir”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib.

Onun sözlərinə görə, lakin Ermənistan hakimiyyəti Qərbin xoşuna gəlmək üçün bunları əlavə olaraq şərh etməyi zəruri hesab edir ki, Ermənistanın KTMT-dən çıxmaması Ermənistanın Qərbə üz tutduğu təəssüratını zəiflətməsin.

“Reallıq isə budur ki, danışıqlara paralel olaraq, Rusiya prezidentinin mətbuat katibinin dediyi kimi, həm Ermənistan, həm də Azərbaycan məsələsində danışıqların mürəkkəbliyini çox qiymətləndirmək olmaz. Ermənistan 2020-ci ildən sonra Ermənistanda yerləşdirilmiş sərhədçiləri çıxarmaq istədi, Rusiya onları çıxartdı, Azərbaycan yüksək səviyyəli görüşdə sülhməramlıların çıxarılması ilə bağlı məsələ qaldırmaq istədi, müzakirə olundu və bu da qəbul olundu. Rusiya üçün bunlar hələ ki, strateji deyil, Rusiyanın ciddi müharibədə olduğu, Qərbin Cənubi Qafqazda yeni təsir zonası əldə etməyə çalışdığı bir şəraitdə eskalasiyanın qarşısını almağa yönəlmiş taktiki addımlardır”, - deyə analitik bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan   Ermənistan   Qərb  


Bizi "telegram"da izləyin